Məzmuna keç
Kimya Dəftəri

Kimya "dəftəri" haqqında

Salam, mən Nəriman Şirinli.

Təhsilim və fəaliyyətim kimya mühəndisliyi və kimya ilə bağlıdır. Kimya uzun illərdir həyatımın mühüm bir hissəsidir və bunda kimya olimpiadalarının xüsusi rolu olub. Olimpiadalara ilk dəfə şagird kimi qatılmışam, daha sonra isə dərs keçməklə, məsələlər hazırlamaqla və şagirdləri olimpiadalara hazırlaşdırmaqla bu sahədə fəaliyyətimi davam etdirmişəm.

Bu saytı faydalı hesab etdiyim kimya materiallarını bir yerə toplamaq və paylaşmaq üçün yaratmışam. Saytı qeydlərimi, izahlarımı, məsələləri və digər resursları topladığım bir kimya bloqu kimi düşünə bilərsiniz.

Burada kimya olimpiadalarına hazırlaşan şagirdlər, kimya mühəndisliyi və kimya ixtisaslarında təhsil alan tələbələr, eləcə də kimyanı daha dərindən öyrənmək istəyən hər kəs üçün faydalı ola biləcək materiallar paylaşmağa çalışacağam.

Sayt hələ inkişaf mərhələsindədir. Zaman keçdikcə yeni qeydlər, məsələlər, ev tapşırıqları və digər resurslar əlavə etməyi planlaşdırıram.

Bir məqamı da qeyd edim: qeydlərimin bir hissəsini Markdown formatına çevirmək və sayt üçün formatlaşdırmaq məqsədilə ChatGPT-dən kömək alıram.

Ümid edirəm ki, burada kimyanı daha yaxşı başa düşməyinizə kömək edəcək və ya sadəcə maraqla araşdıracağınız nəsə tapacaqsınız.